Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Əsəd Abbaslı
Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib
Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bolu vilayətində baş verən dəhşətli yanğınla bağlı Türkiyəyə başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesablarında paylaşım edib.

"Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!", - paylaşımda vurğulanır.

YouTube video

Digər xəbərlər