Fransa Suriyanın keçmiş prezidenti Əsədin həbsinə yeni order verib
Əziz Əzizli
Fransada istintaq hakimləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında iştirak etdiyinə görə həbsinə növbəti order verib.
"Operativ Media" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bu order 59 yaşlı fransız əsilli suriyalı Salah Abu Nabunun ölümünü araşdıran Fransa Milli Antiterror Prokurorluğunun sorğusu əsasında verilib. O, 2017-ci ildə Dəra əyalətindəki evinin Suriya ordusunun helikopterlərindən atəşə tutulması nəticəsində həlak olub.
Prokurorluq yeni order tələbini Əsədin artıq məhkəmə proseslərindən dövlət toxunulmazlığına malik olmaması ilə əsaslandırıb. Bu, artıq Suriyanın keçmiş lideri üçün ikinci həbs orderidir. Əvvəlki, Suriya qoşunlarının kimyəvi silahdan istifadə etdiyi iddiası ilə bağlı verilib.
Teqlər:
"Fransa Suriyan\u0131n ke\u00e7mi\u015f prezidenti \u018fs\u0259din h\u0259bsin\u0259 yeni order verib"