22 Yanvar 2025, 14:36
Rusiyanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib
Görüşdə iki ölkənin miqrasiya sahəsində səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.
Rusiyanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib şəkil
Rusiyanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev tərəfindən qəbul edilib.

"Operativ Media" xəbər verir ki, söhbət zamanı iki ölkə arasında daxili işlər orqanları vasitəsilə qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunub.

Hər iki tərəf Azərbaycan və Rusiya arasında beynəlxalq terrorizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahələrində, o cümlədən transsərhəd əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Görüşdə iki ölkənin miqrasiya sahəsində səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Rusiyada zəlzələ baş verib