Menyu

Muxtar Babayev: COP29 Sədrliyi COP30 təşkilatçıları ilə həmrəydir

Əsəd Abbaslı
Muxtar Babayev: COP29 Sədrliyi COP30 təşkilatçıları ilə həmrəydir

COP29 Sədrliyi COP30-un Braziliyada uğurla keçirilməsinə, hamı üçün səmərəli və faydalı olmasına dəstək verməyə hazır olduğunu bildirir.

"Operativ Media" xəbər verir ki, COP29-un prezidenti Muxtar Babayevin bu sözləri sədrliyin "X" sosial şəbəkəsindəki paylaşımında öz əksini tapıb.

"Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) prezidenti vəzifəsinə Braziliyanın xarici işlər nazirinin müavini Andre Korrea du Laqunun, COP30-un baş direktoru vəzifəsinə isə iqlim dəyişikliyi üzrə milli katib Ana Toninin təyin olunmasını alqışlayır. O, COP29 Sədrliyinin COP30-un uğurunu təmin etmək üçün dəstək verəcəyinə əmin edib", - paylaşımda qeyd olunub.

Teqlər:

"Muxtar Babayev: COP29 S\u0259drliyi COP30 t\u0259\u015fkilat\u00e7\u0131lar\u0131 il\u0259 h\u0259mr\u0259ydir"

Əlaqəli Xəbərlər