22 Yanvar 2025, 21:31
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb.
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb şəkil
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb

Azərbaycan və İran nəqliyyat və ticarətin inkişafı üzrə əsas sazişlər imzalayaraq “Şimal-Cənub” dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib ki, "Şimal-Cənub" dəhlizi ölkənin ən mühüm tranzit marşrutlarından biridir və burada Rəşt-Astara hissəsi əsas rol oynayır.

Onun sözlərinə görə, Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə arasında yükdaşımalarda strateji mövqe tutur.

Bu məsələdə tam qarşılıqlı anlaşma dəhliz layihəsinin inkişafına və tamamlanmasına kömək edir.

Üçillik fasilədən sonra keçirilmiş iclasda tərəflər preferensial ticarət, avtomobil və dəmir yolu daşımaları, həmçinin ölkələr arasında aviareyslərin sayının artırılması haqqında bir sıra sazişlər imzalayıblar. Həmçinin qeyd edilib ki, bu layihənin tamamlanması 15 milyon ton tranzit həcminə çatmağa imkan verəcək.

Görüşdə İran və Azərbaycanın dəmir yolu qurumları arasında Astarada dəmir yolu terminalının tikintisinin tamamlanması haqqında saziş imzalanıb ki, bu da “Şimal-Cənub” dəhlizinin reallaşdırılması yolunda mühüm addım olacaq.

Son xəbərlər
Cevdet Yılmaz Ədalət Vəliyevi qəbul edib
Ermənistanın müdafiə naziri iranlı həmkarı ilə görüşüb
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib