22 Yanvar 2025, 22:52
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Jeenbek Kulubayev Ermənistana işgüzar səfər edəcək.
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək şəkil
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək

Yanvarın 23-də Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Ermənistana işgüzar səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

"Xarici İşlər Nazirliyində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçiriləcək, bundan sonra nazirlər mətbuata açıqlamalar verəcəklər", - məlumatda deyilir.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil