Menyu

İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb

Nərmin Qocamanlı
İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb

İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb.

"Operativ Media" xəbər verir ki, açılış sessiyasında hər iki tərəfdən nümayəndələr iştirak edib.

Pakistanın İqtisadi İşlər Nazirliyinin məlumatına görə, sessiyanın ilk günü enerji, nəqliyyat, ticarət-iqtisadi əməkdaşlıq, müdafiə sənayesi, İKT və rəqəmsal idarəetmə, bankçılıq, turizm, idman, gənclər, mədəniyyət, təhsil və elm, səhiyyə, hidrometeorologiya, iqlim dəyişikliyi, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi daxil olmaqla, müxtəlif sektorlar üzrə müzakirələrlə başlayıb. Hər iki tərəf ikitərəfli protokolların yekunlaşdırılması üçün mühüm irəliləyiş əldə edilmiş qarşılıqlı əməkdaşlıq sahələrini müzakirə ediblər.

Pakistanın İqtisadi İşlər Nazirliyinin katibi Səbinə Qureşi Pakistan və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsində Birgə Komissiyanın əhəmiyyətli olduğunu vurğulayıb.

Teqlər:

"\u0130slamabadda Az\u0259rbaycan v\u0259 Pakistan aras\u0131nda Birg\u0259 Komissiyan\u0131n 8-ci sessiyas\u0131 i\u015f\u0259 ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər