Menyu

Lavrov-Mirzoyan danışıqlarının bəzi detalları açıqlanıb

Əsəd Abbaslı
Lavrov-Mirzoyan danışıqlarının bəzi detalları açıqlanıb

Lavrov-Mirzoyan danışıqları üç saat davam edib.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, yanvarın 21-də Moskvada baş tutan Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün bəzi detallarını açıqlayıb.

XİN rəsmisi qeyd edib ki, danışıqlarda hər şey kamera önündə müzakirə olunmayıb, söhbət üç saat davam edib.

"Bir çox məsələlər bağlı qapılar arxasında müzakirə olunub. Bu, tərəflər üçün xüsusi aktuallıq kəsb edən bir sıra məqamlar üzrə açıq danışıqlar olub”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Teqlər:

"Lavrov-Mirzoyan dan\u0131\u015f\u0131qlar\u0131n\u0131n b\u0259zi detallar\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər