23 Yanvar 2025, 20:00
Fidan Sergey Lavrovla telefon danışığı aparıb - YENİLƏNİB
Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Fidan Sergey Lavrovla telefon danışığı aparıb - YENİLƏNİB şəkil
Fidan Sergey Lavrovla telefon danışığı aparıb - YENİLƏNİB

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Hakan Fidan arasında telefon danışığı olub.

Bu barədə “Operativ Media” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

“Söhbət zamanı Suriyada və onun ətrafındakı vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi təsdiqlənib”, - məlumatda deyilir.

XİN başçıları siyasi baxışlarından, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün Suriya vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında vəziyyətin hərtərəfli nizamlanmasına həqiqətən töhfə verməyə qadir olan bütün “xarici oyunçuların” səylərini birləşdirməyin vacibliyini vurğulayıblar.

Bundan əlavə, Lavrov Bolu vilayətində dağ-xizək kurortunda çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi hadisələrlə bağlı türkiyəli həmkarına başsağlığı verib.

18:48

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, onlar Suriyanı və terrorizmlə mübarizəni müzakirə ediblər.

Son xəbərlər
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq