23 Yanvar 2025, 20:13
Ceyhun Bayramov Belarus səfiri Andrey Ravkovu qəbul edib
Ceyhun Bayramov Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.
Ceyhun Bayramov Belarus səfiri Andrey Ravkovu qəbul edib şəkil
Ceyhun Bayramov Belarus səfiri Andrey Ravkovu qəbul edib

23 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov səfir Andrey Ravkova Belarusun Azərbaycandakı səfiri olduğu dövrdə səmərəli fəaliyyətinə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.

İki ölkə arasında mövcud strateji tərəfdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlər və beynəlxalq platformalar çərçivəsində fikir mübadilələrinin əhəmiyyəti vurğulanıb.

Xüsusilə, iqtisadiyyat, ticarət, investisiyalar sahəsində əməkdaşlığın geniş perspektivlərinin olduğu bildirilib, bu istiqamətdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfir Andrey Ravkov ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə görə təşəkkür edib, Azərbaycan-Belarus strateji tərəfdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişafına əmin olduğunu qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi
İsrailin Azərbaycandakı səfirliyində bayraq yarıya endirilib
ADY-də yeni təyinat olub
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb
Nazir: Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib