Menyu

Tramp Putinlə görüşmək istəyini bəyan edib

Əsəd Abbaslı
Tramp Putinlə görüşmək istəyini bəyan edib

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini təkrarlayıb.

“Operativ Media” xəbər verir ki, bu barədə D.Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

"Çox vacib bir məqam var: mən çox istərdim ki, tezliklə prezident Putinlə görüşmək və Ukraynada müharibəyə son qoymaq imkanım olsun", - deyə o bildirib.

O qeyd edib ki, bu halda o, münaqişəni “iqtisadi səbəblərə görə” yox, “qan tökülməsini dayandırmaq” üçün həll etmək istəyir.

Teqlər:

"Tramp Putinl\u0259 g\u00f6r\u00fc\u015fm\u0259k ist\u0259yini b\u0259yan edib"

Əlaqəli Xəbərlər