24 Yanvar 2025, 12:36
Azərbaycan və Pakistan arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib
23-24 yanvar 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan İslam Respublikasında səfərdə olub. 
Azərbaycan və Pakistan arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib şəkil
Azərbaycan və Pakistan arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib

23 yanvar tarixibdə İslamabad şəhərində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər.
 
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub. 
 
Müzakirələr çərçivəsində, 2024-cü ildə Prezident İlham Əliyevin Pakistana dövlət səfəri və səfər çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıda keçirilən COP29-un Liderlər Sammitində iştirakı dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin dinamik inkişafında yeni mərhələ kimi dəyərləndirilib. Hər iki tərəf münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib. 
 
Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə  bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.
 
Görüşdə tərəflər, həmçinin beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.
 
Nazir müavini Elnur Məmmədov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İshaq Dar tərəfindən qəbul edilib. Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlığın inkişaf etdirilməsinin önəmi, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
 
24 yanvar tarixində E.Məmmədov Azərbaycan Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak və çıxış edib.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib