Menyu

Baş nazir Əli Əsədov Belarus səfiri ilə görüşüb

Nərmin Qocamanlı
Baş nazir Əli Əsədov Belarus səfiri ilə görüşüb

Yanvarın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən məlumata görə, Ə.Əsədov Azərbaycan və Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Teqlər:

"Ba\u015f nazir \u018fli \u018fs\u0259dov Belarus s\u0259firi il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər