Menyu

Hikmət Hacıyev Cahit Bağcını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Əsəd Abbaslı
Hikmət Hacıyev Cahit Bağcını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

"Operativ Media" xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

“Cənab Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Daim səmimi və açıq yanaşma, yaxın əməkdaşlıq və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm”, - səfir qeyd edib.

Teqlər:

"Hikm\u0259t Hac\u0131yev Cahit Ba\u011fc\u0131n\u0131 diplomatik f\u0259aliyy\u0259tinin ba\u015fa \u00e7atmas\u0131 m\u00fcnasib\u0259til\u0259 q\u0259bul edib"

Əlaqəli Xəbərlər