27 Yanvar 2025, 13:10
Azərbaycan Prezidenti Sloveniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti Sloveniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti Sloveniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB şəkil
Azərbaycan Prezidenti Sloveniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.

Operativ Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Qorazd Rençel ilk növbədə COP29-un uğurla keçirilməsi və əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bu konfransın hazırlıq işlərinə az müddət qalmasına baxmayaraq, Azərbaycan tərəfindən həmin tədbirin uğurla təşkil olunduğunu vurğuladı, COP29-un ölkəmizdə indiyədək keçirilən ən böyük beynəlxalq tədbir olduğunu məmnunluqla qeyd etdi. Sloveniyanın bu tədbirdə fəal iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı COP29-da təmsil olunan xeyli sayda ölkələr arasında konsesunun əldə edilməsinin önəminə toxundu, tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyinin irəli aparılması üçün səmərəli nəticələrin olduğunu vurğuladı.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin yaxşı tarixə malik olduğunu deyərək, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərini xatırladı və bu səfərlər zamanı müxtəlif istiqamətlər üzrə məhsuldar müzakirələrin aparıldığını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.

Görüşdə Azərbaycanla Sloveniya arasında siyasi dialoqun dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq ifadə olundu, yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin və iqtisadi əməkdaşlıq məsələləri üzrə işçi qrupunun toplantısının keçiriləcəyi bildirildi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunacağı qeyd edildi.

Səfir Azərbaycanın Cənubi Qafqaz regionunda, həmçinin Transxəzər nəqliyyat dəhlizində mühüm rola malik ölkə olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycanla Sloveniya arasında enerji sahəsində əməkdaşlığın inkişafına toxunuldu, Azərbaycan qazının Sloveniya bazarına çatdırılması əlaqələrimizin inkişafında mühüm addım kimi dəyərləndirildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

12:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib