Menyu

Türkiyə Ukrayna məsələsində vasitəçilik etməyə hazır olduğunu açıqlayıb

Nərmin Qocamanlı
Türkiyə Ukrayna məsələsində vasitəçilik etməyə hazır olduğunu açıqlayıb
1 dəq oxu

Türkiyə münaqişə tərəflərini, eləcə də Qərb dairələrini Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik etməyə hazır olduğu barədə məlumatlandırıb, lakin bu istiqamətdə konkret məlumatlar yoxdur.

Operativ Media xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə Türkiyə prezident administrasiyasındakı mənbə bildirib.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyə Ukraynada nizamlanma üzrə mümkün gələcək danışıqlarda vasitəçi kimi çıxış etməyi təklif edir. Türkiyə XİN rəhbəri isə bildirib ki, ölkəsi Ukrayna ilə bağlı diplomatik təşəbbüsləri dəstəkləməyə hazırdır.

Əlaqəli Xəbərlər