Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinlə Ukraynaya hücumdan əvvəl telefonla danışıb.
"Operativ Media" xəbər verir ki, Boris Conson "Sky News"a müsahibəsində bildirib ki, Putin o vaxt onu hədələyib.
"O dedi ki, "Boris, sən deyirsən ki, Ukrayna yaxın vaxtlarda NATO-ya daxil olmayacaq. Sən nə vaxtdan danışırsan? Mən dedim: "Ukrayna yaxın gələcəkdə NATO-ya qoşulmaq niyyətində deyil. Siz bunu çox yaxşı bilirsiniz. O, bir anda məni hədələdi və dedi: "Boris, mən səni incitmək istəmirəm, ancaq bir raketlə bir dəqiqə çəkir" və ya buna bənzər bir şey dedi.






