Menyu

Azərbaycanın daimi nümayəndəsi İƏT-in Baş katibi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Əziz Əzizli
Azərbaycanın daimi nümayəndəsi İƏT-in Baş katibi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Şahin Abdullayev bu qurumun Baş katibi Hüseyn Brahim Taha ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Taha bu gün, 27 yanvar 2025-ci il tarixində, Baş Katibliyin mənzil-qərargahındakı ofisində Azərbaycan Respublikasının İƏT-dəki daimi nümayəndəsi səfir Zati-aliləri Şahin Abdullayevi qəbul edib”, – mətbuat xidməti qeyd edib.

Bildirilib ki, tərəflər qurumla Bakı arasındakı “münasibətlərin səviyyəsini təqdir edib və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər”.

“Baş katib Azərbaycanın İƏT-in fəaliyyətinə və Birgə İslam Fəaliyyətinə verdiyi dəstəyi təqdir edib. Tərəflər həmçinin İƏT-in gündəliyindəki bir sıra məsələləri müzakirə ediblər”, – məlumatda diqqətə çatdırılıb.

Teqlər:

"Az\u0259rbaycan\u0131n daimi n\u00fcmay\u0259nd\u0259si \u0130\u018fT-in Ba\u015f katibi il\u0259 \u0259m\u0259kda\u015fl\u0131q perspektivl\u0259rini m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər