Menyu

Türkiyə prezidentinin Xocalı səfərinin xüsusi bir önəmi var - Deputat

Nərmin Qocamanlı
Türkiyə prezidentinin Xocalı səfərinin xüsusi bir önəmi var - Deputat

"Azərbaycan və Türkiyəni həm qardaşlıq, həm də müttəfiqliq səviyyəsinə yüksəlmiş strateji əməkdaşlıq birləşdirir. Həm Azərbaycan Respublikasının, həm də Türkiyə Cümhuriyyətinin liderləri arasında uzun illərdir yüksək səviyyədə dialoq mövcuddur. Həm xalqlar, həm də siyasi liderlər arasında bu strateji əhəmiyyətli dialoq zaman-zaman təkcə paytaxt Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində də baş tutur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə keçirilən görüşlərin xüsusi simvolik bir mənası vardır. Bundan əvvəl Şuşaya səfər, tarixi Şuşa Bəyannaməsinin imzalanması, qəbul edilən qarşılıqlı öhdəliklər və hərbi əməkdaşlıq bu gün Azərbaycanın beynəlxalq aləmdə güclənməsinə xidmət edən vacib məqamlardır".

Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev deyib.

"Bundan əvvəl də Rəcəb Tayyib Ərdoğanın Füzulidə hava limanının açılışında iştirak etməsi mühüm hadisə idi. Füzuliyə səfər zamanı verilən mesajlar, Azərbaycanın qərb regionları ilə  Naxçıvandan keçməklə Türkiyə istiqamətində dəhlizin açılması, blokadanın aradan qaldırılması və digər məsələlər müzakirə olunub. 2024-cü ildə Şuşa şəhərində Türk Dövlət Təşkilatlarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb. Prezident Ərdoğan orada şəxsən iştirak edə bilməsə də, Türkiyə Respublikası Qarabağ Bəyannaməsinə qoşulub.

Növbəti səfər üçün Xocalının seçilməsinin xüsusi bir səbəbi var. Çünki Xocalı bizim qan yaddaşımızdır. Bir gecədə aralarında uşaqlar, qadınlar və qocalar olmaqla 613 günahsız mülki şəxs qətlə yetirilib. Azərbaycan Respublikası Ermənistanla sülh müqaviləsi imzaladıqdan, iki ölkə arasında diplomatik münasibətlər qurduqdan sonra da, tarixi ədalətin bərpası istiqamətində diplomatik səylərimizi davam etdirəcəyik. O vaxta qədər ki, Xocalı caniləri məhkəmə qarşısında cavab versin, həm də bu soyqırıma hüquqi və siyasi qiymət verilsin. Çünki burada söhbət ayrı-ayrı şəxslərin törətdiyi cinayətlərdən getmir. Məsələ haqlı olaraq belə qoyulur ki, Ermənistan Respublikası, onun silahlı birləşmələri və Ermənistan Respublikasının siyasi və hərbi dəstəyi ilə Azərbaycanda yaradılmış "Dağlıq Qarabağ Respublikası" kimi qeyri-leqal qrumun vasitəsi ilə törədilmiş cinayətlərə hüquqi qiymət verilməlidir. Bu da Ermənistanın dövlət məsuliyyətinin əsaslandırımasına aparan bir məsələdir".

Teqlər:

"T\u00fcrkiy\u0259 prezidentinin Xocal\u0131 s\u0259f\u0259rinin x\u00fcsusi bir \u00f6n\u0259mi var - Deputat"

Əlaqəli Xəbərlər