Menyu

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Jorgensen apreldə Azərbaycana səfər etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi məlumat verib.

Komissar Yorgensen 2025-ci il aprelin 4-də keçirilməsi planlaşdırılan Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında iştirak edəcək.

Xatırladaq ki, SGC Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci Nazirlər Toplantısı 2024-cü il martın 1-də Bakıda keçirilib.

SGC Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən etibarən, hər il fevral ayında keçirilir, lakin ötən il ilk dəfə bu görüş mart ayında baş tutdu.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər