
Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşü keçirilir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.
Qeyd edilib ki, iclasın gündəliyi xarici siyasət məsələləri və regional əməkdaşlıq, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də əlaqəni inkişaf etdirməklə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsinə yönəlib
***
12:45
Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli mexanizm görüşü keçirilir.
Operativ Media xəbər verir ki, iclasda üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edir.
İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Görüş zamanı Orta Dəxlizin önəmin artmasına diqqət çəkiləcəyi, Suriya və Qəzzada baş verənlər, həmçinin, Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi gözlənilir.