Menyu

Əli Əsədov Almatıya işgüzar səfər edib

Nərmin Qocamanlı
Əli Əsədov Almatıya işgüzar səfər edib

Baş nazir Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun dəvəti ilə bu gün Almatı şəhərinə işgüzar səfər edib.

Bu barədə Operativ Media-ya Nazirlər Kabinetindən xəbər verilib.

Almatı Beynəlxalq Hava Limanında Əli Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.

Əli Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.

Teqlər:

"\u018fli \u018fs\u0259dov Almat\u0131ya i\u015fg\u00fczar s\u0259f\u0259r edib"

Əlaqəli Xəbərlər