30 Yanvar 2025, 16:15
Gürcüstan və Ermənistan Baş nazirləri arasında görüş olub - FOTO
Paşinyan və Kobaxidze arasında görüş keçirilir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Bildirilib ki, təkbətək görüş zamanı iki ölklə arasında strateji tərəfdaşlıq münasibətləri, həmçinin hökumətlərarası iqtisadi komissiyanın iclasında müzakirə ediləcək məsələlərə nəzər salıblar. Qeyd olunub ki, tərəflər regiondakı mövcud vəziyyətə və sülh prosesinin gedişinə diqqət yetiriblər. İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və regionda sabitliyin və sülhün təmin edilməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib və bunun ölkələrin inkişafı gələcək üçün zəruri olduğunu qeyd edib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri Ermənistanda səfərdədir.