30 Yanvar 2025, 17:16
Paşinyan: İrəvan sülh müqaviləsi ilə bağlı konkret təkliflərə Bakıdan cavab gözləyir
Ermənistanın Baş naziri bildirib ki, Ermənistan hökuməti sülh gündəliyinə sadiqdir və bu istiqamətdə fəal səylərini davam etdirəcək.
Paşinyan: İrəvan sülh müqaviləsi ilə bağlı konkret təkliflərə Bakıdan cavab gözləyir şəkil
Paşinyan: İrəvan sülh müqaviləsi ilə bağlı konkret təkliflərə Bakıdan cavab gözləyir

Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı təkliflər təqdim edib.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan tərəfləri narahat edən bütün məsələlər üzrə konkret təkliflər və həll yolları təqdim edib və hazırda Azərbaycanın cavabını gözləyir. O, hökumətinin sülh gündəliyinə sadiq qaldığını və bu istiqamətdə fəal səylərini davam etdirdiyini vurğulayıb.

Bundan əlavə, Paşinyan Kobaxidzeyə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi barədə məlumat verib. O bildirib ki, prosesin növbəti mərhələsi Ermənistan, Azərbaycan və Gürcüstan dövlət sərhədlərinin kəsişmə nöqtəsinin yaxınlığından başlayacaq.

“Gürcüstanın Baş naziri ilə bugünkü müzakirələr çərçivəsində biz həmçinin Ermənistan-Gürcüstan sərhədinin delimitasiya prosesinin intensivləşdirilməsi barədə fikir mübadiləsi apardıq”, - deyə Paşinyan əlavə edib.

Son xəbərlər
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq
Prezident İlham Əliyevin Macarıstana səfəri - YENİLƏNİR
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir