31 Yanvar 2025, 05:49
Azərbaycan səfiri Əlcəzair XİN-in dövlət katibi ilə beynəlxalq məsələləri müzakirə edib
Azərbaycan səfiri Əlcəzair XİN-in dövlət katibi ilə beynəlxalq məsələləri müzakirə edib.
Azərbaycan səfiri Əlcəzair XİN-in dövlət katibi ilə beynəlxalq məsələləri müzakirə edib şəkil
Azərbaycan səfiri Əlcəzair XİN-in dövlət katibi ilə beynəlxalq məsələləri müzakirə edib

Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibi Səlma Baxta Mənsuri ilə Afrika və beynəlxalq məsələləri müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün (yanvarın 30-da – red.) nazirliyin mənzil–qərargahında <…> Mənsuri Sloveniyanın, Cənubi Koreyanın, Azərbaycanın Əlcəzairdə akkreditə olunmuş səfirləri xanım Urşka Mendak, cənab Yu Kiyun, cənab Tural Rzayevi nəzakət ziyarəti çərçivəsində qəbul edib”, – xarici siyasət idarəsinin feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, görüşlərdə Afrika və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb, habelə əməkdaşlığın inkişafı yolları müzakirə edilib. Vurğulanıb ki, bu görüşlər “həmçinin ümumi prioritet sahələrində əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirmək imkanı yaradıb”.

Son xəbərlər
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Müəllimlərin sertifikasiya imtahanı nə vaxt keçiriləcək?