31 Yanvar 2025, 14:34
Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
Baş nazir Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçirilən iclasında qonaq qismində iştirak edib
Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib şəkil
Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib

Yanvarın 31-də Almatıda Avrasiya HökumətlərarasıŞurasının iclası keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda qonaq qismində iştirak edib.

İclasda çıxış edən Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında operativ reaksiyaya, həmçinin fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirib. 

Baş nazir qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan tərəfdaşları ilə əlaqələri artıq 30 ildən çoxdur möhkəm dostluq və qarşılıqlı hörmət ənənələri əsasında uğurla inkişaf edir.

Vurğulanıb ki, qarşılıqlı səfərlərin və təmasların intensivliyi müxtəlif səviyyələrdə ikitərəfli dialoqun müsbət dinamikasından xəbər verir.

Ə.Əsədov bildirib: “Bu gün qarşılıqlı fəaliyyətimiz müxtəlif sahələrdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə zəngindir. İqtisadi-ticari əməkdaşlığın müsbət dinamikası xüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 14 faizdən çox artıb”.

İnvestisiya əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. “Ölkələrimiz arasında böyük investisiya layihələri paketi həyata keçirilir. Bəzi tərəfdaşlarımızlaiqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaları səfərbər etmək üçün birgə investisiya fondları yaratmışıq. Bu təşəbbüs artıq öz bəhrəsini verməkdədir”, - deyə Baş nazir əlavə edib.

Bildirilib ki, Azərbaycan ənənəvi olaraq nəqliyyat-tranzit sektorunda əməkdaşlığa böyük əhəmiyyət verir. “Avropa və Asiyanın qovşağında yerləşən əlverişli coğrafi mövqeyi, eləcə də müasir infrastrukturu sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistikahablarından birinə çevrilib”, - deyə Ə.Əsədov qeyd edib.

Vurğulanıb ki, Azərbaycan ərazisindən yük axını sabit templə artır, ötən il tranzit daşımaların həcmi 8 faiz artıb.

Qeyd olunub ki, yükdaşımalarının artım dinamikasını nəzərə alaraq, Azərbaycan öz ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi istiqamətində fəal addımlar atır.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan ərazisində ölkənin Aİİ-dəki tərəfdaşlarına onların tranzit ehtiyaclarını ödəmək üçün həvəslə təqdim etdiyi dəmir yolu və avtomobil yolları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mütəmadi əsasda iş aparılır.  

Baş nazir çıxışının sonunda Azərbaycanın Aİİ üzvü olan tərəfdaşları ilə bütün sahələrdə əməkdaşlığı artırmaq üçün bundan sonra da bütün lazımi səyləri göstərməyə hazır olduğunu bildirib.

Son xəbərlər
"Mançester Siti" rəsmisi 16 yaşlı qapıçı üçün Türkiyəyə gəldi - FOTO
Ötən həftə ərzində 156 yanğına çıxış olub
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb