Katalin Novak: Azərbaycan Macarıstan üçün əsas strateji tərəfdaşdır
Nərmin Qocamanlı
"Azərbaycan Macarıstan üçün əsas strateji tərəfdaşdır".
"Operativ Media" xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Katalin Novak tviterdə bildirib.
"Budapeştə rəsmi səfəri zamanı mən İlham Əliyevə bir daha dedim ki, enerji resurslarının şaxələndirilməsi hazırda Azərbaycanın böyük rol oynadığı Avropada əsas məsələdir", - Katalin Novak qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda rəsmi səfərdədir.
Səfər çərçivəsində Azərbaycan və Macarıstan Prezidentləri arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib.
Teqlər:
"Katalin Novak: Azərbaycan Macarıstan üçün əsas strateji tərəfdaşdır"