02 Fevral 2025, 15:40
Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Hakan Fidan Qətərə rəsmi səfəri çərçivəsində Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşüb.
Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb şəkil
Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə rəsmi səfəri çərçivəsində Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşüb.

Operativ Media xəbər verir ki, nazir Fidan görüşdən sonra keçirdiyi mətbuat konfransında Suriya və Qəzzadakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

Nazir Fidan açıqlamasında bu sözləri söyləyib:

“Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. İki ölkə arasında münasibətlər strateji səviyyədədir. Hər kəs bu münasibətlərin regionun əmin-amanlığına, rifahına və iqtisadiyyatına əlavə etdiyi müsbət cəhətləri görür. Biz bunu daha da irəli aparmalıyıq. Ən son məsələmiz Suriya ilə bağlıdır. Suriya xalqına öz hökumətinə və keçid prosesinə nəzarəti ələ almağa necə kömək edə biləcəyimizlə bağlı qonşu ölkələrlə əlaqə saxlayırıq. Ölkənin yenidən qurulmasında lazım olan məsələlərlə bağlı ciddi addımlar atılmalıdır. Suriyanın aktual problemlərinə təcili həll yolları tapmaq üçün birlikdə çalışırıq. Beynəlxalq sanksiyaların aradan qaldırılması, silahlı qrupların milli ordunun tərkibində bir araya gəlməsi və terrorla mübarizə vacibdir.

Dəməşq rəhbərliyinin xüsusilə YPG ilə bağlı problemləri həll etmək səyləri davam edir.

Xalqın həllini gözləyən problemləri var. Enerji, nəqliyyat və kommunikasiya ilə bağlı nə edə bilərik? Tamamlanmış bir sıra layihələr var. Məqsədimiz bunları həyata keçirməkdir”.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib