03 Fevral 2025, 12:12
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib
Deputat bildirib ki, Ümummilli liderdən başlayaraq, Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub.
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib şəkil
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib

Bu gün ölkəmizdə bir amnistiya aktına ehtiyac var.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Ümummilli liderdən başlayaraq, Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub: “Ən böyük Amnistiya Aktı Birinci Vitse-prezidentimiz hələ deputat olarkən onun təşəbbüsü ilə qəbul edilmişdi və 5000 insan azadlığa qovuşmuşdu. Parlament yenə təşəbbüs göstərib, Müstəqillik Günümüzə qədər belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər. Əfv sərəncamları olur, amma Amnistiya Aktı daha geniş əhatə dairəsinə aid olur. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sonradan səhvə yol verən insanlar var ki, indi həbsdədir. Bu amnistiya aktının qəbulu onları da sevindirər".

Son xəbərlər
Qətər Trampa təyyarə hədiyyə edib
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi
İsrailin Azərbaycandakı səfirliyində bayraq yarıya endirilib
ADY-də yeni təyinat olub
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb
Nazir: Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil