Azərbaycan və Latviya XİN rəhbərləri arasında telefon danışığı olub
Nərmin Qocamanlı
3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.
XİN-dən Operativ Media-ya verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Teqlər:
"Az\u0259rbaycan v\u0259 Latviya X\u0130N r\u0259hb\u0259rl\u0259ri aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"