03 Fevral 2025, 17:58
Lavrov MDB-yə üzv ölkələrin səfirləri ilə görüşüb
Sergey Lavrovla MDB-yə üzv ölkələrin səfirləri arasında ənənəvi görüş keçirilib.
Lavrov MDB-yə üzv ölkələrin səfirləri ilə görüşüb şəkil
Lavrov MDB-yə üzv ölkələrin səfirləri ilə görüşüb

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla MDB-yə üzv ölkələrin səfirləri arasında ənənəvi görüş keçirilib.

Operativ Media xəbər verir ki, görüşdə MDB-nin baş katibi Sergey Lebedev də iştirak edib.

Görüş zamanı Rusiyanın sədrliyi ilə 2024-cü ildə MDB formatında əməkdaşlığın nəticələrinə yekun vurulub. Xarici siyasət koordinasiyasının daha da gücləndirilməsi, ticarət sahəsində, iqtisadi, mədəni və humanitar sahələrdə, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, 2025-ci il - Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ili - Nasizmə qarşı mübarizədə sülh və birlik ili üçün əsas vəzifələr müəyyən edilib.

Görüş iştirakçıları cari qlobal və regional problemlər, o cümlədən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması təşəbbüsünün həyata keçirilməsi kontekstində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Son xəbərlər
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb