30 Yanvar 2023, 19:53
İlham Əliyev: "Azərbaycan Avropa ittifaqı məkanına öz təbii qaz resurslarını çatdırır"
İlham Əliyev: "Azərbaycan Avropa ittifaqı məkanına öz təbii qaz resurslarını çatdırır" şəkil
İlham Əliyev: "Azərbaycan Avropa ittifaqı məkanına öz təbii qaz resurslarını çatdırır"

Son illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib.

“Cənab Baş nazir (Viktor Orban-red.) xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Avropa Komissiyası ilə imzalanan sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”.

Son xəbərlər
İranda daha üç nüvə alimi öldürülüb
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb
Füzulidə "Son zəng" mərasimi keçirilib - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Ermənistan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
İsrail Şərqi Azərbaycan vilayətində dörd hədəfə raket zərbələri endirib
Bazar gününün hava proqnozu açıqlanıb
Cəbrayılda 32 il sonra ilk “Son zəng” çalındı - FOTOLAR