30 Yanvar 2023, 19:56
Prezident İlham Əliyev: "Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq"
Prezident İlham Əliyev: "Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq" şəkil
Prezident İlham Əliyev: "Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq"

Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaq.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bu barədə də müzakirələr aparıldığını qeyd edərək bildirib ki, Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

“Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”, - Prezident İlham Əliyev vurğulayıb.

Son xəbərlər
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək
9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DSX: İrandan Azərbaycana narkotik keçirən 7 nəfərdən 1-i zərərsizləşdirilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
XİN Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edib
İranda baş verən partlayış nəticəsində 25 nəfər ölüb - YENİLƏNİB 10
Bakıda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq