Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb.
"Operativ Media" xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy, Macarıstan Prezidenti Ofisinin rəhbəri Gergely Ekler və digər rəsmi şəxslər yola saldılar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net