Paşinyan Bakıya ikitərəfli münasibətlərə sıfırdan başlamağı təklif edib
Nərmin Qocamanlı
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, o, Bakıya ikitərəfli münasibətlərə sıfırdan başlamağı təklif edib.
Operativ Media Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Vaşinqtonda Atlantik Şurada çıxış edərkən bunu “yeni dövr” adlandırıb.
Onun sözlərinə görə, tərəflər sülh müqaviləsi layihəsində həssas mövzularda razılığa gələ biliblər və bu, gələcək sülhün təməl daşıdır.
O, bildirib ki, sülh indi daha yaxındır və yalnız sülh müqaviləsi layihəsini yekunlaşdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net