12 Oktyabr 2022, 18:28
Rusiya XİN: “KTMT Ermənistana müşahidəçilər göndərməyə hazırdır"
Rusiya XİN: “KTMT Ermənistana müşahidəçilər göndərməyə hazırdır" şəkil
Rusiya XİN: “KTMT Ermənistana müşahidəçilər göndərməyə hazırdır"

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana müşahidəçilər göndərməyə hazırdır, bunun üçün Kollektiv Təhlükəsizlik Şurasının qərar verməsi lazımdır”.

“Operstiv Media” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ermənistan KTMT-nin növbədənkənar sammitini çağırmağı xahiş etdikdən dərhal sonra bu zirvə baş tutub və KTMT-nin baş katibinin, Birləşmiş Qərargah rəisinin Ermənistana göndərilməsi barədə qərar qəbul edilib. Onlar Ermənistana səfər etdilər və Ermənistanın tövsiyələrini təşkilata çatdırdılar. Bu tövsiyələr bir aydan çoxdur ki, bizdədir. Bu tövsiyələr Ermənistan ərazisinə, Azərbaycanla sərhədə KTMT müşahidəçilərinin monitorinq missiyasının göndərilməsindən ibarətdir”, - Sergey Lavrov bildirib.

O, vurğulayıb ki, tələb olunan yeganə məsələ KTMT sədri tərəfindən çağırılmalı olan Kollektiv Təhlükəsizlik Şurasının qərar verməsidir.

Lavrov Mirzoyanla danışıqlarda Avropa liderlərinin son təmasları nəzərə alınmaqla, Ermənistanla Azərbaycan arasında münasibətlərə nəzər yetirməyi təklif edib.

Son xəbərlər
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin sayı artıb - YENİLƏNİB
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı