Menyu

Azərbaycan XİN Kahramanmaraşdakı zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib

Əsəd Abbaslı
Azərbaycan XİN Kahramanmaraşdakı zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib.

Operativ Media xəbər verir ki, nazirliyin "X" hesabındakı paylaşımda deyilir:

"Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdən 2 il ötür.

Qardaş Türkiyədə ciddi insan itkisi və böyük dağıntılara səbəb olan bu fəlakətin qurbanlarını dərin kədərlə yad edir, onlara Allahdan rəhmət diləyirik.

Qardaş Türkiyə qədər ölkəmizi və xalqımızı da dərindən sarsıdan belə fəlakətlərin bir daha yaşanmamasını, Türkiyə dövləti və xalqına hər zaman firavanlıq və rifah arzu edirik".

Teqlər:

"Az\u0259rbaycan X\u0130N Kahramanmara\u015fdak\u0131 z\u0259lz\u0259l\u0259nin ikinci ild\u00f6n\u00fcm\u00fc il\u0259 ba\u011fl\u0131 payla\u015f\u0131m edib"

Əlaqəli Xəbərlər