Menyu

Son sutka ərzində Azərbaycanda koronavirusa 6 nəfər yoluxub

Redaksiya
Son sutka ərzində Azərbaycanda koronavirusa 6 nəfər yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Media"ya verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 827 min 909 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 600 nəfər müalicə olunaraq sağalıb, hazırda 228 aktiv xəstə var. Bu günə qədər 10 min 81 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 634, bu günə qədər isə ümumilikdə 7 milyon 485 min 294 test icra olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər