07 Fevral 2025, 04:48
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb.
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb şəkil
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin İqtisadi və Sosial Şurasının Koordinasiya Seqmentində təmsil olunub, tədbirdə Bakıda keçirilən COP29 çərçivəsində əldə edilən mühüm nailiyyətlər vurğulanıb.

Bu barədə "Operativ Media"ya diplomatik nümayəndəliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan tərəfi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqində davamlılığı və inklüzivliyi təmin etmək üçün transformasiya həllərinə sadiqliyini təsdiqləyib.

Tədbirdə COP29-un əsas nailiyyətləri, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə yönələn Fəaliyyət Proqramı və “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”nın əhəmiyyəti vurğulanıb.

Həmçinin vurğulanıb ki, COP29-da müvafiq fəaliyyətlər nəticəsində yaranan impuls daha iddialı məqsədlər və gücləndirilmiş tərəfdaşlıq üçün əsas rol oynamalıdır.

BMT-nin Üzv Dövlətləri DİM-ə yaxından uyğun gələn COP29 öhdəliklərini və bəyannamələrini dəstəkləməyə dəvət edilib.

Son xəbərlər
Bakıda faktiki hava proqnozu açıqlanıb
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb
Ərdoğan və Tramp arasında telefon danışışığı olub
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib