07 Fevral 2025, 11:51
Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib şəkil
Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Bakı şəhərində Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

XİN-dən Operativ Media-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Slovakiya nümayəndə heyətinə isə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin Konsulluq departamentinin direktoru Martin Barton rəhbərlik edib.

Məsləhətləşmədə həmçinin, hər iki tərəfin xarici işlər orqanlarının müvafiq idarələrinin əməkdaşları, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmisi və Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində effektiv və çevik konsulluq yardımın göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Slovakiya Respublikasının və Azərbaycan Respublikasının viza siyasəti barəsində fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında miqrasiya, əmək, sosial müdafiə və s. kimi sahələrdə əməkdaşlığın inkişafı üçün bir sıra təkliflər müzakirə edilib, müvafiq istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair razılıq ifadə olunub.

Son xəbərlər
Qətər Trampa təyyarə hədiyyə edib
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi
İsrailin Azərbaycandakı səfirliyində bayraq yarıya endirilib
ADY-də yeni təyinat olub
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb
Nazir: Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil