07 Fevral 2025, 18:44
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib
Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib şəkil
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib

7 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib. 

Kollegiyanın iclası zamanı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Son xəbərlər
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub
"Beşiktaş" argentinalı hücumçu transfer etmək istəyir
Şəmkirdə ev yanıb
Martın 18-dən Qəzzada ölənlərin sayı 506-ya çatıb
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib
Sabah magistral yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq