07 Fevral 2025, 23:51
Böyük Britaniya Azərbaycanın Ukraynaya yeni humanitar yardımını alqışlayır
Biz Azərbaycanın davamlı dəstəyinin bir hissəsi kimi Ukraynaya növbəti humanitar yardım partiyasının göndərilməsini alqışlayırıq.
Böyük Britaniya Azərbaycanın Ukraynaya yeni humanitar yardımını alqışlayır şəkil
Böyük Britaniya Azərbaycanın Ukraynaya yeni humanitar yardımını alqışlayır

Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynaya növbəti humanitar yardım paketi ayırmaq qərarını yüksək qiymətləndirib.

Operativ Media xəbər verir ki, bu barədə Britaniya səfirliyinin X sosial şəbəkəsində paylaşım edilib:

"Biz Azərbaycanın davamlı dəstəyinin bir hissəsi kimi Ukraynaya növbəti humanitar yardım partiyasının göndərilməsini alqışlayırıq."

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamına əsasən, Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqlarının alınması və göndərilməsi üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

Humanitar yardımın ilkin partiyasına elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukraynanın tələbinə əsasən, bu avadanlıqlar müharibədən zərər görmüş ərazilərin enerji infrastrukturunun bərpası üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın Ukraynaya bərpa və humanitar məqsədlərlə göstərdiyi ümumi yardım 40 milyon dolları ötüb. 2025-ci ilə qədər Ukraynaya 120-yə yaxın transformator və komplekt transformator stansiyası, 70-ə yaxın generator, həmçinin 3,3 milyon metrdən çox kabel və naqil göndərilib.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb