09 Fevral 2025, 09:01
Trampla Putin arasında telefon danışığı olub
Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.
Trampla Putin arasında telefon danışığı olub şəkil
Trampla Putin arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.

“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.

“Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.

Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.

Son xəbərlər
Bazar günü II və III ixtisas qrupları üzrə keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi
İsrailin Azərbaycandakı səfirliyində bayraq yarıya endirilib
ADY-də yeni təyinat olub
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb
Nazir: Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib
Azərbaycan və Türkiyə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib