09 Fevral 2025, 18:23
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Biz öz milli maraqlarımızı qorumalıyıq, lakin Gürcüstan hökumətinin məsələyə baxışı qətiyyətlə sülhpərvərdir.
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb şəkil
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb

“Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur”.

Operativ Media xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü ümummilli əhəmiyyət kəsb edən məsələdir. Biz öz milli maraqlarımızı qorumalıyıq, lakin Gürcüstan hökumətinin məsələyə baxışı qətiyyətlə sülhpərvərdir.

Baş nazir deyib ki, Gürcüstanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır və təbii ki, bu baxımdan öz milli maraqlarını qorumalıdırlar: “Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur. Ümid edirik ki, nə vaxtsa bunun həyata keçirilməsi reallaşacaq”.

Rusiya ilə münasibətlərə toxunan Kobaxidze deyib: “Gürcüstan hökuməti Rusiyaya qarşı praqmatik siyasət aparır və Rusiyanın Abxaziyanın və Tsxinvali regionunun qondarma müstəqilliyini tanıması səbəbindən indi diplomatik münasibətləri bərpa etməyin vaxtı deyil. Lakin biz Rusiya ilə ticarət-iqtisadi əlaqələri saxlayırıq və Rusiya Federasiyasına qarşı praqmatik siyasətimiz belə davam edəcək”.

Son xəbərlər
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb
Ərdoğan və Tramp arasında telefon danışışığı olub
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub
"Beşiktaş" argentinalı hücumçu transfer etmək istəyir
Şəmkirdə ev yanıb
Martın 18-dən Qəzzada ölənlərin sayı 506-ya çatıb