10 Fevral 2025, 05:52
Rusiya XİN: Moskva Bakı ilə İrəvan arasında uzunmüddətli sülh tərəfdarıdır
Rusiya xarici işlər nazirinin müavini Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsindən danışıb.
Rusiya XİN: Moskva Bakı ilə İrəvan arasında uzunmüddətli sülh tərəfdarıdır şəkil
Rusiya XİN: Moskva Bakı ilə İrəvan arasında uzunmüddətli sülh tərəfdarıdır

Rusiya Ermənistan və Azərbaycanın gələcək nəsillər üçün “mina” qoymayan, davamlı uzunmüddətli münasibətlərin tənzimlənməsini nəzərdə tutan sülh müqaviləsi hazırlamasının tərəfdarıdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva Qərbin təklif etdiyi tələsik sənədlərin əleyhinədir.

“Biz müttəfiqlik münasibətlərimiz olan Ermənistan və Azərbaycan tərəflərinin elə bir sülh müqaviləsi hazırlamasının tərəfdarıyıq ki, bu, gələcək nəsillər üçün “mina” qoymaq əvəzinə, yol açsın və münasibətlərin davamlı uzunmüddətli tənzimlənməsini nəzərdə tutsun. Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq və Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı həqiqətən mümkün qədər tez hansısa Qərb platformasında sülh müqaviləsi bağlamağa sövq etmək istəyən hər hansı tələsik sənədlərin bağlanmasının əleyhinəyik.

Belə tələsik, düşünülməmiş və sonacan yoxlanılmamış qərarlar uzunmüddətli davamlı sülhə deyil, əksinə, gələcək üçün qarşıdurma toxumları əkə bilər ki, bu da, sözsüz ki, nə Ermənistan və Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunandır”, – M. Qaluzin söyləyib.

Nazir müavini həmçinin erməni tərəfini regional kommunikasiyaların açılması üzrə işi davam etdirməyə çağırıb.

“Təəssüf ki, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası üzrə Rusiya, Azərbaycan və Ermənistan hökumət sədrləri müavinlərinin rəhbərliyi ilə üçtərəfli qrupun işi hazırda dayandırılıb və dondurulub, əgər belə demək mümkündürsə. Əlbəttə ki, biz tərəfləri və ilk növbədə erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Rusiya tərəfi, tərəflər istərsə, hər cür köməklik göstərməyə həmişə hazırdır”, – Mixail Qaluzin vurğulayıb

Son xəbərlər
Netanyahu hücumlara son qoymağın şərtini açıqlayıb
"Milan" yeni mövsüm ev formalarını təqdim edib
Rusiya Ukrayna sərhədindəki müşahidə kameralarını sındırıb
“Wizz air” Azərbaycandan 24 dollara uçuşlar həyata keçirəcək
Qətər Trampa təyyarə hədiyyə edib
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi