10 Fevral 2025, 19:21
Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
Ceyhun Bayramov Belarus Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Dmitri Pineviç ilə görüşüb
Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb şəkil
Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

10 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Dmitri Pineviçi qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Görüşdə, Belarus Respublikasının Azərbaycan Respublikasında yeni səfiri təyin olunan Dmitri Pineviç etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona diplomatik missiyasında uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Belarus arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər. 

Dövlətlərarası əlaqələrin gücləndirilməsi üçün yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda aparılan dialoqların mühüm rolu qeyd edilib.

Bu baxımdan ötən ilin 17 may tarixində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri  çərçivəsində işğaldan azad edilmiş ərazilərə getməsinin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın yüksək göstərici olduğu vurğulanıb.

Azərbaycan və Belarus arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticari, elmi, təhsil, mədəniyyət, turizm və digər istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə Azərbaycan və Belarus arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə dair atılan addımların ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

İqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın istiqamətində Azərbaycan Respublikası və Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi önə çəkilib.
 
Ölkələrimizin regional və beynəlxalq təşkilatlarda, o cümlədən BMT, MDB, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq etdiyi və bu təşkilatlar daxilində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
 
Səfir Dmitri Pineviç ölkəmizdə diplomatik missiyasına başlamaqdan məmnunluq duyduğunu ifadə edərək, səmimi qəbula görə minnətdarlığını bildirib. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini qeyd edib.
 
Görüş çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb