http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Salamnews” və “İnterAz”la bağlı bəzi faktlar məlum olub

31 Yanvar 2023 , 15:38
“Salamnews” və “İnterAz”la bağlı bəzi faktlar məlum olub

Bu gün DİN-in əməliyyat keçirdiyi “Salamnews” və “İnterAz”la bağlı bəzi faktlar məlum olub.

"Operativ Media" "Lent.az" saytına istinadən xəbər verir ki, “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov alıb.

Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunub.

Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndələyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində  yerləşir.

“SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

“SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.

 

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu