11 Fevral 2025, 21:27
Zelenski: Bizim bütün ərazilərimiz vacibdir
Biz bir ərazini digərinə dəyişəcəyik.
Zelenski: Bizim bütün ərazilərimiz vacibdir şəkil
Zelenski: Bizim bütün ərazilərimiz vacibdir

Rusiya ilə sülh danışıqları zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin bir hissəsinin Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna ərazisinin bir hissəsi ilə dəyişdirilməsini təklif etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, o, bu barədə “The Guardian”a müsahibəsində danışıb.
“Biz bir ərazini digərinə dəyişəcəyik”, - Zelenski bildirib.

Ölkə başçısı Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna ərazisinin hansı hissəsinin müqabilində istəyəcəyini bilmədiyini qeyd edib:

“Bilmirəm, görərik. Amma bizim bütün ərazilərimiz vacibdir, prioritet yoxdur”.

Zelenskinin sözlərinə görə, o, Rusiya ilə danışıqlara hazırdır, lakin Ukraynanın bu danışıqlarda güc mövqeyindən çıxış etməsini istəyir. Ukrayna lideri Amerika şirkətlərinə bərpa müqavilələri və investisiya təşviqləri təklif edəcəyini bildirib.

Nəşr qeyd edir ki, bu yolla o, Rusiya-Ukrayna müharibəsinə son qoymağa çalışan ABŞ Prezidenti Donald Trampı özünə cəlb etməyə çalışacaq.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin avqustunda Kursk vilayətində hücuma başlayıb. Rusiya qoşunları hələ də bölgədəki bütün ərazilərə nəzarəti tam bərpa edə bilməyib.

Son xəbərlər
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq