İlon Mask: USAİD seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib
Əziz Əzizli
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ hökumətinin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bəyan edib.
Mask vurğulayıb ki, USAID seçkilərə təsir etmək üçün “şübhəli vasitələrdən” istifadə edib:
“USAID-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək, yoxlamalara tab gətirməyən şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı. İnvestisiya gəliri baxımından deyərdim ki, ümumiyyətlə, həmişə çox yaxşı olmayıb. Agentlik səriştəsiz və çox korrupsionerdir”.
O, təfərrüatları açıqlamayıb və söhbətin hansı ölkələrdən getdiyini bildirməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net