12 Fevral 2025, 10:12
İlham Əliyev: Bu yaxınlarda biz Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib.

Bu yaxınlarda biz Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər.
Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
"Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq".